logo
logo logo
logo

Donald Tramp APEC sammitində iştirak etmək üçün Çindədir

14:27 - 18 Noyabr 2026

Donald Tramp APEC sammitində iştirak etmək üçün Çindədir

ABŞ Prezidenti Donald Tramp APEC sammitində iştirak etmək məqsədilə Çinə səfər edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə Şençjendə keçirəcəyi üçtərəfli görüşdən əvvəl Çinə gəlib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin APEC sammitində iştirak etmək üçün ölkəsinə səfər edən Donald Trampı hava limanında şəxsən qarşılayıb.

Çində izdihamın qarşılaması ilə üzləşən Tramp “Air Force One” prezident təyyarəsindən endikdən sonra Si Cinpinlə əl sıxıb və onu qarşılamağa gələn insanları salamlayıb.

Tramp daha əvvəl sabah keçiriləcək üçtərəfli görüşdə İran və Ukraynadakı müharibələrin, eləcə də nüvə silahlarından imtina məsələsinin müzakirə olunacağını bildirmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az