Ötən həftə Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə batan şəxsin meyiti tapılıb.
Manset.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Noyabrın 18-i Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 600 m aralı, nəzarətsiz ərazidə suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - məlumatda deyilir.