APA Media Group-un baş direktoru Vüsalə Mahirqızı Azərbaycan Dillər Universitetinin radiosunda qonaq olacaq.
Manset.az xəbər verir ki, 26 noyabr tarixində baş tutacaq görüşdə Vüsalə Mahirqızı peşəkar fəaliyyətinə dair bir sıra mühüm məsələlərlə bağlı təcrübələrini dinləyicilərlə bölüşəcək.
Görüş zamanı media sahəsi, jurnalistikanın inkişafı və müasir informasiya mühitinin aktual məsələlərinin müzakirəsi nəzərdə tutulur.