Balakəndə Bayraq meydanında ağacların kəsilməsi barədə məlumatlara aydınlıq gətirildi

16:12 - 01 Fevral 2022

Balakəndə Bayraq meydanında ağacların kəsilməsi barədə məlumatlara aydınlıq gətirildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Balakəndə Bayraq meydanının Muzey binasının arxasında, parkın ərazisindəki çoxillik ağacların kəsilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Manset.az xəbər verir ki, Xidmət rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı bununla bağlı araşdırmaların aparıldığını bildirib.

Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, ərazidə qovaq cinsindən olan 11 ağacın kəsilməsi faktı həqiqəti əks etdirmir: “Ağacların həlqəvari qabığı soyulub, bu da həmin ağacların gələcək inkişafını dayandırır. Bunun qəsdən edildiyi məlum olub. Təbiətə dəyən ziyanın məbləği 35 min manatdan çoxdur. Bu da cinayət tərkiblidir".

H.Əlizadə deyib ki, ərazi şəhər icra nümayəndəliyinin tabeliyindədir.

"İzahatlar alınacaq və sənədlər toplanaraq yaxın zamanlarda prokurorluq orqanlarına təqdim ediləcək”, o bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az