Bakıda quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub.
Manşet.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Zərərçəkmişin qonşusu, 1990-cı il təvəllüdlü Mehman Mansurov şübəhli şəxs qismində saxlanılıb.
İstintaq davam etdirilir.