Salyan sakini nəsli kəsilməkdə olan balıq ovladı

23:52 - 08 Fevral 2022

Salyan sakini nəsli kəsilməkdə olan balıq ovladı

Neftçalada nəsli kəsilməkdə olan balıq ovlanıb.

Manşet.az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları fevralın 8-də Mil-Muğan kollektorunun Neftçala rayonu ərazisindən keçən hissəsində əməliyyat keçirib.

Keçirilən əməliyyat tədbiri nəticəsində polis əməkdaşları tərəfindən kollektorda qanunsuz balıq ovu ilə məşğul olan Salyan rayon sakini Əliyev Elşən Bayram oğlu saxlanılıb.

Reyd zamanı saxlanılan şəxsin nəsli kəsilməkdə olan 95 ədəd ilanbalığı (Minoqa) ovladığı polis əməkdaşları tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az