Argentina lideri Braziliya prezidentini "oğru" və "məhkum" adlandırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Argentina prezidentinin Braziliya prezidentini "oğru" və "məhkum" adlandıraraq sərt tənqid etməsindən sonra Braziliya özünün Buenos-Ayresdəki səfirini geri çağırıb.
Xavyer Miley bu fikirləri bazar günü San-Pauluda, oktyabr ayında keçiriləcək seçkilərdə iştirak edəcək sağçı namizəd Flavio Bolsonaronun prezidentlik kampaniyasının başladılmasına həsr olunmuş mitinqdə səsləndirib.
O, Luis İnasio Lula da Silvanın adını açıq şəkildə çəkmədən Braziliya prezidenti haqqında təhqiramiz ifadələr işlədib və Bolsonaronun "Lulanı dayandıra biləcək" yeganə şəxs olduğunu bildirib.
Braziliya diplomatları daha sonra bəyan ediblər ki, Argentina lideri Braziliya hökumətini, xalqını və demokratiyasını təhqir edib.
Bazar günü daha sonra çıxış edən Lula bildirib ki, o, ölkəni "heç kimin müdaxiləsi olmadan" idarə etməyə davam edəcək və "Braziliyada heç kimin aidiyyəti olmayan məsələlərə burnunu soxmasını qəbul etmirik".