logo
logo logo
logo

Rusiya Avropadan kompensasiya istəyir

00:00 - 27 İyul 2026

Rusiya Avropadan kompensasiya istəyir

Rusiya Ukrayna müharibəsi nəticəsində dəymiş zərərə görə Avropadan kompensasiya tələb edəcəyini bəyan edib.


Manset.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq siyasət komitəsi sədrinin birinci müavini Aleksey Çepa Lenta.ru-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva bu məsələni davamlı şəkildə gündəmdə saxlayacaq.

“Biz Avropadan kompensasiya tələb edəcəyik və bu məsələ daim qaldırılacaq. Əminəm ki, Avropanı buna məcbur etməyə gücümüz çatacaq”, – deyə Çepa bildirib.

Deputat əlavə edib ki, Rusiya həmçinin Ukraynaya qarşı müharibə başladıqdan sonra Qərb ölkələri tərəfindən dondurulmuş 300 milyard dollarlıq aktivlərini geri qaytarmaq niyyətindədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az