logo
logo logo
logo

"Real"ın Vinisius üçün təyin etdiyi qiymət bəlli oldu

23:45 - 26 İyul 2026

\"Real\"ın Vinisius üçün təyin etdiyi qiymət bəlli oldu

"Real Madrid" braziliyalı ulduz hücumçusu Vinisius Juniorun transferi ilə bağlı son qərarını verib.


Manset.az xəbər verir ki, İspaniya klubu 26 yaşlı cinah oyunçusu üçün 160 milyon avrodan aşağı olan heç bir təklifi nəzərdən keçirməyəcəyini bəyan edib.

Klub rəhbərliyi müqaviləsi 2027-ci ilin yayına qədər davam edən futbolçunu komandada saxlamaqda maraqlıdır. Bütün yarışlarda çıxış etdiyi son mövsümdə 22 qol vurub 14 məhsuldar ötürmə edən Vinisius üçün Avropanın bir neçə iddialı klubunun girişim etdiyi bildirilsə də, "Real Madrid" öz tələbində kəskin mövqe nümayiş etdirir.

Tərəflər arasında yeni müqavilə üçün heç bir razılıq əldə olunmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az