Gürcüstan Gəncə qapılarının mühafizəsini gücləndirdi

16:33 - 09 Fevral 2022

Gürcüstan Gəncə qapılarının mühafizəsini gücləndirdi

Gürcüstanın Gelati monastr kompleksində saxlanılan Gəncə qapılarının bir tayının mühafizəsi üzrə tədbirlər gücləndirilib.

Bu barədə yerli mətbuat yazıb.

Bildirilib ki, qapının yaxınlığında 4 müşahidə kamerası və siqnalizasiya quraşdırılıb. Bununla yanaşı, Kutaisi şəhərinin 6 polis inspektoru da mühafizəyə cəlb olunub.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov fevralın 3-də jurnalistlərə açıqlamasında Gəncə qapılarının Gürcüstandan Azərbaycana qaytarılması məsələsinin müzakirə olunduğunu deyib. Növbəti gün Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mari Narçemaşvili məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, Gəncə qapıları məsələsi Azərbaycanla ikitərəfli münasibətlərin gündəliyində yer almayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az