Bakı Mühəndislik Universitetinin təsərrüfat şöbəsinin müdiri Eldar Səmədovun oğlu Səməd Səmədov dələduzluq üstündə həbs olunub.
Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, Səməd Səmədov Nərimanov rayon polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə gətirilib.
Məhkəmənin qərarı ilə Səməd Səmədov AR Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Səməd Səmədov Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun qohumudur. Səməd Səmədov Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli Xəzər TV-yə rəhbərlik edən dövrdə bu telekanalda da çalışıb.
Məsələ ilə bağlı Əflatun Amaşov saytımıza açıqlamasında Səməd Səmədovla əlaqəsi olmadığını, yalnız babalarının qohum olduğunu söyləyib.