Bu rayonlar LƏĞV EDİLİR

18:22 - 09 Fevral 2022

Bu rayonlar LƏĞV EDİLİR

Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur.

Manşet.az Trend-ə istinadən məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

Sözügedən rayonların ərazisində Nizami və Kəpəz bələdiyyəsi fəaliyyət göstərəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az