Bu gün Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Medianın İnkişafı Agentliyində olmuşdur.
Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov MEDİA Agentliyində olub.
Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qonaqlara qurumun fəaliyyəti və ölkədə media islahatlarının gedişi barədə məlumat verib. Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi ilə Medianın İnkişafı Agentliyi arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıbr.
Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

