Məhkəmə Əli Əliyevlə bağlı qərar verdi

18:00 - 11 Fevral 2022

Məhkəmə Əli Əliyevlə bağlı qərar verdi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi keçirilib.

Manşet.az xəbər verir ki, məhkəmə əvvəlki instansiyanın qərarını dəyişdirmədən saxlayıb.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Ə.Əliyevə 5 ay həbs cəzası verilmişdi.

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər. İddiaçıların şikayətlərində bildirilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü deyib. Bu  çıxışından sonra qəzadan sağ çıxmış hərbçilər Əli Əliyevi məhkəməyə veriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az