Vaksinasiya ilə bağlı son vəziyyət

18:39 - 11 Fevral 2022

Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 364 vaksin vurulub.

Manşet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 877, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 902, “buster” doza üzrə isə vaksinasiya olunanların sayı 36 585 olub.

Vurulan vaksinlərin ümumi sayı 12 390 636, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 261 495, ikinci mərhələ üzrə 4 760 705 nəfər təşkil edir. Ümumilikdə isə 2 368 436 “buster” doza vurulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az