Ali məktəblərə sənəd qəbulunun müddəti UZADILDI

18:08 - 17 Mart 2022

Ali məktəblərə sənəd qəbulunun müddəti UZADILDI

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə ərizə qəbulunun vaxtı martın 18-i saat 11:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Manşet.az-a verilən məlumata görə, bu gün saat 16:50-yə qədər 94 323 nəfər ərizəsini təsdiq edib.

Qeyd edək ki, ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatmalı idi.  

Xatırladaq ki, sənəd qəbuluna aprelin 4-dən başlanılıb.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az