logo
logo logo
logo

Göygöldə maşınlar toqquşdu - Yaralılar var

22:31 - 30 İyul 2026

Göygöldə maşınlar toqquşdu - Yaralılar var

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 21015” və “Hyundai” markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, qəza zamanı 2000-ci il təvəllüdlü Əli Əsgərov, 1979-cu il təvəllüdlü İlhamə Hüseynova və onun qızı 2004-cü il təvəllüdlü Xədicə Hüseynova xəsarət alıb.

Yaralılar xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az