Əhalinin NƏZƏRİNƏ: Bu rayonda qaz olmayacaq

18:05 - 13 Aprel 2022

Əhalinin NƏZƏRİNƏ: Bu rayonda qaz olmayacaq

Zərdab rayonunun qaz təchizatında fasilə yaranacaq.

Manşet.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi, qaz sızmalarının ləğvi və s. görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan zaman Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az