logo
logo logo
logo

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - VİDEO

21:15 - 01 Avqust 2026

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC karyerasında növbəti uğuruna imza atıb.


Manset.az xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən UFC Fight Night turnirində slovakiyalı Ludovit Kleinlə qarşılaşıb.

Yüngül çəki dərəcəsində baş tutan döyüş gecənin ilkin kartında yer alıb. Musayev rəqibini məğlub edərək UFC-də ikinci qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də üçüncü döyüşü olub. Azərbaycanlı döyüşçü təşkilatda debütünü 2025-ci ilin iyununda Bakıda keçirib və Mıktıbek Orolbayla görüşdə məğlub olub. O, daha sonra 2026-cı il martın 28-də İqnasio Bahamondesə qalib gələrək UFC-də ilk qələbəsini qazanmışdı.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az