Okeanlarda minlərlə yeni virus AŞKARLANDI

18:08 - 13 Aprel 2022

Okeanlarda minlərlə yeni virus AŞKARLANDI

ABŞ alimlərinin yeni araşdırmasında okeanlarda 5 500-dən çox yeni virus növünün aşkar edildiyi açıqlanıb.
 
Manşet.az
sfera.az-a istinadla xəbər verir ki, "Science” jurnalında dərc edilən araşdırmada dünyanın hər yerindən on minlərlə su nümunəsinin analiz edildiyi, RNT viruslarının və ya RNT-ni genetik material kimi istifadə edən virusların aşkar edildiyi ifadə edilib. 

RNT viruslar insanlarda soyuqdəymədən COVID-19-a qədər xəstəliklərə səbəb olduğu kimi, insanlar üçün vacib olan bitki və heyvanları da yoluxdurur. Dörd ildir okeanlardan toplanan su nümunələrində 44 mindən çox genin araşdırıldığı və 5 504 yeni dəniz RNT virusunun  təyin edildiyi bildirilib.

RNT viruslarının ölümcül xəstəliklərə səbəb ola bilcəyi deyilsə də, bu virusların ekosistemdə mühüm rol oynadığı vurğulanıb.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az