“Feysbuk səhifəmi özüm idarə edirəm, şərhləri oxuyuram” - Nazir

21:41 - 26 Aprel 2022

“Feysbuk səhifəmi özüm idarə edirəm, şərhləri oxuyuram” - Nazir

“Hazırda əlavə hobbi ilə məşğul olmaq üçün boş vaxtım, demək olar, azdır. Boş vaxtlarımda idmanla məşğul oluram”.

Manşet.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “ASAN Radio”da yayımlanan “QəbuldASAN” verilişində deyib.

O qeyd edib ki, üzgüçülük, qaçış və digər idman növləri ilə məşğul olur:

“Feysbukdakı səhifəmi özüm idarə edirəm. Şərhləri də oxuyuram, uzaq məsafədə olanda həmkarlarımdan dəstək alıram. Azərbaycan muğamlarını çox sevirəm. Ağaxan Abdullayev ən çox sevdiyim xanəndədir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az