Türkiyənin Konya vilayətində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində 14 nəfər xəsarət alıb.
Manset.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Məlumata görə, mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Hadisə yerinə təcili tibbi yardım, polis və jandarm əməkdaşları cəlb olunub.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.