logo
logo logo
logo

Yer kürəsində maqnit qasırğası baş verə bilər

23:57 - 01 Avqust 2026

Yer kürəsində maqnit qasırğası baş verə bilər

Yer kürəsində yaxın 24 saat ərzində maqnit qasırğasının baş vermə ehtimalı 75% təşkil edir.


Manset.az  Fobos-a istinadən xəbər verir ki, Günəş küləyinin sürətinin saniyədə 600 kilometr və daha yuxarı həddə çatacağı proqnozlaşdırılır. Bu səbəbdən geomaqnit sahəsində zəif (G1) və ya orta (G2) səviyyəli maqnit qasırğası müşahidə oluna bilər.

Bildirilib ki, buna iyulun 30-da Günəşdə baş vermiş tac kütləsi atılması səbəb ola bilər. Maqnit qasırğasının yaxın gecənin ikinci yarısında başlaması və 6–9 saat davam etməsi gözlənilir.

Maqnit qasırğası səviyyəsinə çatmayan geomaqnit pozuntuları bazar gününün sonunadək və bazar ertəsinin birinci yarısında da davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az