Hava ilə bağlı - XƏBƏRDARLIQ

17:26 - 18 May 2022

Hava ilə bağlı - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.

 

Manset.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq 21-dək ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 28-33 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az