logo
logo logo
logo

Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər 

10:11 - 03 Avqust 2026

Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər 

Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb


Manset.az xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov paylaşım edib.

Onun sözlərinə görə, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla 4 nəfər batma təhlükəsi ilə üzləşib. Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb.

Bildirilib ki, boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəlibmiş.

***

TƏBİB-dən  bildirilib ki, ötən gün saat 20:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər  Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az