Həcc ziyarətinə gedən vətəndaşlarımızdan tələb olunacaq peyvəndlərin adı AÇIQLANDI

12:44 - 19 May 2022

Həcc ziyarətinə gedən vətəndaşlarımızdan tələb olunacaq peyvəndlərin adı AÇIQLANDI

Bu il Azərbaycandan həcc ziyarətinə gedən şəxslərdən koronavirus əleyhinə hansı peyvəndin tələb olunacağı açıqlanıb. 

 

Qafqaz Müsəlmanları İdarəsindən Maset.az-a bildirilib ki, ölkəmizdə COVID-19 əleyhinə istifadə olunan bütün peyvəndlər Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilir.

QMİ-yə daxil olan məktubda peyvəndlərin adları təqdim olunub.

Həmin sənədlərdə Azərbaycanda istifadə olunan “SinoVac”, “Pfizer/Biontech”, “Sputnik”, “AstraZeneca” peyvəndlərinin adları var. Peyvənd olunan 65 yaşa qədər insanlar həcc ziyarətinə gedə biləcəklər.

Belə ki, səfərə gedən zəvvarlar COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmalıdırlar və peyvənd sertifikatının bitmə vaxtı altı ay olmalıdır.

Məsələn, bir şəxs həcc ziyarətinə gedirsə, onun səfərə başladığı zamandan sonra COVID-19 pasportunun bitmə müddətinə dörd, beş ay qalacaqsa, o gedə bilməyəcək.  

Azərbaycana ayrılan kvota və qiymətlər yaxın günlərdə məlum olacaq. 

Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, hotel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az