Keçmiş məhkum anbardan 30 min manatlıq oğurluq etdi

14:03 - 19 May 2022

Keçmiş məhkum anbardan 30 min manatlıq oğurluq etdi

Bakıda avtomobil ehtiyatı hissələri anbarından külli miqdarda oğurluq olub.

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, Xətai RPİ-nin 36-cı Polis Bölməsinə mayın 13-dən 15-dək olan müddətdə rayon ərazisindəki anbarların birindən 30.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az