''İran liderləri ABŞ ilə danışıqları bərpa etmək istəyirlər'' - Tramp

20:40 - 01 Mart 2026

\'\'İran liderləri ABŞ ilə danışıqları bərpa etmək istəyirlər\'\' - Tramp

"İran liderləri ABŞ ilə danışıqları bərpa etmək istəyirlər".


Manset.az xəbər verir ki, bunu Donald Tramp "The Atlantic" nəşrinə deyib.

"Onlar danışmaq istəyirlər və mən də danışmağa razılaşdım. Onlar bunu daha əvvəl etməli idilər. Çox praktik və çox sadə olan təkliflə əvvəldən razılaşmalı idilər. Həddindən artıq uzatdılar", - D.Tramp deyib.

İranlılarla söhbətinin nə vaxt baş tutacağı ilə bağlı suala Tramp "bunu sizə deyə bilmərəm" cavabını verib. O qeyd edib ki, son həftələrdə danışıqlarda iştirak edən bəzi iranlı nümayəndələr artıq həyatda deyillər.

"Bu insanların əksəriyyəti artıq yoxdur. İş apardığımız şəxslərdən bəziləri getdi, çünki bu, böyük - çox böyük zərbə idi", - deyə o bildirib.

"Onlar bunu daha əvvəl etməli idilər. Razılaşma əldə edə bilərdilər. Amma həddindən artıq hiyləgər oynamağa çalışdılar", - deyə Tramp əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az