İraqın Ərbil şəhərində yerləşən ABŞ hərbi bazasında güclü partlayışın baş verdiyi iddia olunur.
Manset.az xəbər verir ki, İran mediasının məlumatına görə, pilotsuz uçuş aparatının zərbəsindən sonra Amerika obyektində sursat anbarında yanğın başlayıb.
Zərbədən sonra güclü yanğın və ardıcıl partlayışlar baş verib, ərazi üzərində qalın tüstü sütunu müşahidə olunub.
Bəzi mənbələr hava hücumundan müdafiə sistemi olan “Patriot” kompleksinin hədəf alına biləcəyini iddia edir.
Hadisə ilə bağlı rəsmi təsdiq, xəsarət alanlar və dağıntıların miqyası barədə hələlik məlumat yoxdur.