Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında növbəti kadr islahatları aparılıb.
Milli Məclisdən Manset.az-a verilən məlumata görə, sədrin sərəncamı ilə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Şahin Xanbaba oğlu Quliyev həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.
Qeyd edilib ki, o, 25 ilə yaxındır Milli Məclis Aparatında fəaliyyət göstərir.