Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu ərazilərdə bata bilərsiniz - ÜNVANLAR

11:08 - 07 İyun 2022

Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu ərazilərdə bata bilərsiniz - ÜNVANLAR

Xəzərin sualtı relyefinin dəyişilməsi ilə əlaqədar bəzi ərazilər təhlükəlidir. Bunu nəzərə alaraq vətəndaşlar çimərliklərə üz tutan zaman bəzi ərazilərdə çimərkən maksimum diqqətli olması tövsiyyə edilir.

 

Manset.az xəbər verir ki, bu məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmisi Aqşin Əlili İTV-yə danışıb. O bildirib ki, illərdir davam edən ərazilər var ki, axınların istiqaməti küləyin sürətindən asılı olaraq dəyişdiyi üçün həmin ərazilərdə təhlükələr yaranır:

"Şüvəlan qəsəbəsində Mil-Qaya adlanan ərazi, Nardaran qəsəbəsində 12-ci dalan adlanan ərazi və Novxanı qəsəbəsində Ləman çimərliyinin yaxınlığında təhlükəli ərazilər mövcuddur".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az