Vilayət Eyvazovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

11:55 - 07 İyun 2022

Vilayət Eyvazovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis müavini təyin olunub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb. Əmrə əsasən, Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev Büroya rəis müavini təyin edilib.

Qeyd edək ki, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi general-mayor Əlaslan Ağayev ötən həftə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. Hazırda rəis vəzifəsi boş olduğu üçün Muradəli Babayevin Büro rəisinin vəzifələrini icra edəcəyi gözlənilir.

Nazir Muradəli Babayevi yeni vəzifəyə təyin etdi


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az