Azərbaycanlı Ukraynada müharibədən əziyyət çəkən sakinlərə su paylayır - VİDEO

17:40 - 10 İyun 2022

Azərbaycanlı Ukraynada müharibədən əziyyət çəkən sakinlərə su paylayır - VİDEO

Əslən Zaqataladan olan Şamxal Quliyev Ukrayna müharibədən əziyyət çəkən sakinlərə su paylayır.

 

Manset.az xəbər verir ki, bu barədə Baku TV-nin Ukraynadakı əməkdaşı Mübariz Aslanov məlumat verib.

Qeyd edilib ki, soydaşımız 20 ilə yaxındır Kiyevdə yaşayır. Ukrayna vətəndaşı olan Şamxal ölkədə gedən müharibə fonunda uzun müddətdir ön cəbhədə yaşayanlara, ehtiyacı olanlara və humanitar fondların gedə bilmədiyi qaynar nöqtələrə öz maşını ilə könüllü olaraq yardımlar çatdırır.

“Xarkovda, Çerniqovda Rusiya ilə sərhəd xəttində yaşayan insanlara ərzaq və hazır qida çatdıran Şamxal bu dəfə Nikolayevdə susuz qalan ukraynalılara, əsasən də kimsəsiz uşaqlara su çatdırır”, - deyə məlumatda bildirilir.

Daha ətraflı süjetdə:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az