Sabah Ağgöl və Şirvan milli parklarında “açıq qapı” günüdür - FOTOLAR

13:03 - 04 İyul 2022

Sabah Ağgöl və Şirvan milli parklarında “açıq qapı” günüdür - FOTOLAR

 Ağgöl və Şirvan milli parklarının yaranması günü ilə əlaqədar iyulun 5-də hər iki milli parkda “açıq qapı” günü təşkil olunacaq, maarifləndirici və əyləncəli tədbirlər keçiriləcək.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Manset.az-a bildirib ki, Ağgöl milli parkını ziyarət edən turistlər milli parkın təbiəti ilə tanış olacaq, quşları və digər fauna növlərini müşahidə edə  biləcəklər.

“Şirvan milli parkında isə ziyarətçilər üçün ceyranları müşahidə məqsədilə safari turu təşkil ediləcək”. 

Xidmət rəsmisi qeyd edib ki, Ağgöl və Şirvan milli parkları 5 iyul 2003-cü il tarixində su-bataqlıq ekosisteminin mühafizəsi, köçəri və oturaq quş növlərinin, ceyranların qorunması məqsədilə yaradılıb.

“Zəngin biomüxtəlifliyə malik milli parklarda müxtəlif yaş kateqoriyasına uyğun  marşrutlar fəaliyyət göstərir ki, turistlər bu marşrutlar boyunca unikal təbiət mənzərələrini seyr edə və dincələ bilərlər.

İstirahətinizi açıq havada, təbiət gözəlliklərindən zövq alaraq maraqlı keçirmək istəyirsinizsə, Ağgöl və Şirvan milli parkları yolunuzu gözləyir”.

 Ağgöl və Şirvan milli parklarının yaranması günü ilə əlaqədar iyulun 5-də hər iki milli parkda “açıq qapı” günü təşkil olunacaq, maarifləndirici və əyləncəli tədbirlər keçiriləcək.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Ağgöl milli parkını ziyarət edən turistlər milli parkın təbiəti ilə tanış olacaq, quşları və digər fauna növlərini müşahidə edə  biləcəklər.

“Şirvan milli parkında isə ziyarətçilər üçün ceyranları müşahidə məqsədilə safari turu təşkil ediləcək”. 

Xidmət rəsmisi qeyd edib ki, Ağgöl və Şirvan milli parkları 5 iyul 2003-cü il tarixində su-bataqlıq ekosisteminin mühafizəsi, köçəri və oturaq quş növlərinin, ceyranların qorunması məqsədilə yaradılıb.

“Zəngin biomüxtəlifliyə malik milli parklarda müxtəlif yaş kateqoriyasına uyğun  marşrutlar fəaliyyət göstərir ki, turistlər bu marşrutlar boyunca unikal təbiət mənzərələrini seyr edə və dincələ bilərlər.

İstirahətinizi açıq havada, təbiət gözəlliklərindən zövq alaraq maraqlı keçirmək istəyirsinizsə, Ağgöl və Şirvan milli parkları yolunuzu gözləyir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az