Beynəlxalq Avtovağzal Kompleksində biabırçılıq - FOTO

17:33 - 04 İyul 2022

Beynəlxalq Avtovağzal Kompleksində biabırçılıq - FOTO

Beynəlxalq Avtovağzal Kompleksindən rayonlara hərəkət edən avtobusların birində sərnişin daşınması qeyri-standart formada aparılıb.

 

Manset.az "oxu.az"-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, sərnişinlərin getməsi üçün oturacaqlar arasına stullar qoyulub.

Eyni zamanda, qeyd edilib ki, kassalarda rayonlara getmək üçün biletin olmadığı bildirilsə də, sürücülər biletləri özləri satırlar.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib ki, məsələ araşdırıldıqdan sonra cavab veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az