20 Yanvar körpüsünün üstündə baş verən yanğın söndürülüb - YENİLƏNİB + VİDEO

22:57 - 04 İyul 2022

20 Yanvar körpüsünün üstündə baş verən yanğın söndürülüb - YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində körpünün üzərində qısaqapanma nəticəsində elektrik naqillərində yanğın baş verib.

Manşet.az xəbər verir ki, DYMX-nın müvafiq qüvvələri tərəfindən ətraf ərazi yanğından mühafizə olunub.

“Azəravtoyol” ASC-nın əməkdaşları tərəfindən elektrik naqillərindəki qısaqapanmanın qarşısı alınıb.

***

20 Yanvar körpüsü üstündə yanğın baş verib. 

Manşet.az oxu.az-a istinadən xəbər verir ki, yol ötürücülərinin birləşdirici hissəsi olan daraqları arasından alov çıxır. 

Ehtimal ki, yol ötürücüsünün qışda buz bağlamamaq üçün istifadə olunan qızdırıcı naqillərdə qısaqapanma olub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az