Kəmaləddin Heydərov polkovniki işdən AZAD ETDİ

17:53 - 05 İyul 2022

Kəmaləddin Heydərov polkovniki işdən AZAD ETDİ

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun Sumqayıt Regional Mərkəzin rəisini vəzifəsindən azad edib.

 

Manset.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Hacıyev Adil Əli oğlu vəzifəsindən azad olunub.

Onun yerinə polkovnik Fətullayev Vaqif Cəlal oğlunu təyin edilib.

Qeyd edək ki, polkovnik Vaqif Fətullayev 09.03.1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Bakı Dövlət Universitetini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını və Ahmet Yasevi Universitetini bitirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az