“Tengiz” yatağında partlayış baş verib: Ölənlər var - VİDEO

13:26 - 06 İyul 2022

“Tengiz” yatağında partlayış baş verib: Ölənlər var - VİDEO

“Tengiz” neft-qaz yatağında partlayış baş verib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisənin bu gün səhər saat 09:55-də Jılıoy rayonunda baş verdiyi bildirilir. İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb.

Partlayış və ölənlərlə bağlı məlumatı “Tengizşevroil” şirkətinin mətbuat xidməti və Atırau vilayəti Polis Departamentinin mətbuat xidməti təsdiqləyib. Şirkətin verdiyi məlumata görə, sınaq zamanı yataqda boru partlayıb. Ehtimal olunur ki, o, böyük təzyiqə tab gətirə bilməyib. Hazırda yataqda bütün işlər dayandırılıb.

Məsul orqanlar hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az