Əməkdar jurnalist Mais Məmmədov xəstəxanaya yerləşdirilib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə onun həmkarı Vahid Mustafayev feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, M.Məmmədov ağır mədəaltı vəzi xəstəliyi diaqnozu ilə reanimasiyaya aparılıb.
Qeyd edək ki, iyulun 12-də Mais Məmmədovun 84 yaşı tamam olacaq.
