Güclü külək ağacı maşının üzərinə aşırdı

15:02 - 07 İyul 2022

Güclü külək ağacı maşının üzərinə aşırdı

Gəncədə küləkli hava şəraiti nəticəsində iri gövdəli ağac avtomobilin üzərinə aşıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, şəhərdə əsən külək nəticəsində Yeni Gəncə qəsəbəsində iri gövdəli ağac VAZ-2106 markalı avtomobilin üzərinə aşıb.

Nəticədə minik avtomobilinə ciddi zərər dəyib. Ağacın aşması nəticəsində həmçinin yaxınlıqda olan idman zalının şüşələri sınıb.

Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az