Oğluna görə ictimai asayişi pozan ata həbs olundu

21:48 - 07 İyul 2022

Oğluna görə ictimai asayişi pozan ata həbs olundu

Əlizamin Salayev oğlunu məsuliyyətdən yayındırmaq, eləcə də cərimələri ödəməmək məqsədilə sərxoş vəziyyətdə Salyan şəhərindəki Mərkəzi parka gələrək ictimai asayişi pozub.

Manşet.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib.

DİN rəsmisi qeyd edib ki, Salyan rayon sakini 21 yaşlı Oktay Salayev bu il fevralın 8-də idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yol-hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşı tərəfindən barəsində inzibati protokol tərtib olunub, inzibati xətaya görə təyin edilmiş 150 manat cəriməni uzun müddət ödəmədiyindən həmin məbləğ dəbbə ilə birlikdə 240 manat təşkil edib:

“İyunun 29-da O.Salayev idarə etdiyi avtomobilin arxa dövlət qeydiyyat nişanı olmadığına və təhlükəli konstruksiya dəyişikliyi etdiyinə görə yol polisi tərəfindən saxlanılıb. Bu xətaya görə onun barəsində növbəti inzibati protokol tərtib edilib, hal şahidlərinin iştirakı ilə onun avtomobilinə baxış keçirildikdən sonra nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib.

Bu gün O.Salayevin atası Əlizamin Salayev oğlunu məsuliyyətdən yayındırmaq, eləcə də cərimələri ödəməmək məqsədilə sərxoş vəziyyətdə Salyan şəhərindəki Mərkəzi parka gələrək ictimai asayişi pozaraq əsassız səs-küy qaldırıb.

Polis əməkdaşları onu intizama dəvət etdikdə isə Ə.Salayev qəsdən polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərib. O, saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib, barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə, o 30 sutka inzibati qaydada həbs olunub”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az