Bakı aeroportunda sistemdə problem yarandı - Video

17:27 - 08 İyul 2022

Bakı aeroportunda sistemdə problem yarandı - Video

Heydər Əliyev Beynəlxalq Aeroportu​na eniş edən sərnişinlər sıxlıqla üzləşib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Dövlət Sərhəd Xidmətinin sistemində yaranan problem olub. Belə ki, DSX-nin yoxlama məntəqələri gələn şəxslərlə bağlı məlumatları elektron sistemə daxil edə bilmədiyindən insanlar gözləməyə məcbur olub.

Bu da pasport yoxlama məntəqəsinin önündə uzun növbə yaradıb.

Yenicə əldə etdiyimiz məlumata görə isə problem aradan qaldırılıb. Hazırda sərnişinlərin növbəli şəkildə yoxlanış məntəqəsindən buraxılmasına başlanılıb.

 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az