Nazilə Səfərlinin Kəlbəcərə getməsinə DİN-dən REAKSİYA

22:34 - 09 İyul 2022

Nazilə Səfərlinin Kəlbəcərə getməsinə DİN-dən REAKSİYA

Şairə Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb.

Manşet.az hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, Nazilə Səfərlinin həbs xəbəri həqiqəti əks etdirmir:

“Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. O, bir neçə nəfər şəxslə birgə qanuna müvafiq şəkildə portalda qeydiyyatdan keçməklə işğaldan azad edilmiş ərazilərə səfər edib”.

Qeyd edək ki, N.Səfərli həbs xəbərləri yayılandan sonra Şəmkirdə toyda sosial şəbəkə vasitəsilə canlı yayıma çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az