Əməkdar mədəniyyət işçisi vəfat etdi

17:40 - 10 İyul 2022

Əməkdar mədəniyyət işçisi vəfat etdi

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist-etnoqraf, çoxsaylı kitabların müəllifi Ənvər Çingizoğlu (Fərəcov) ötən gecə saatlarında dünyasını dəyişib.

Manşet.az xəbər verir ki, Ənvər Çingizoğlu 60 yaşında, ürəktutmasından dünyasını dəyişib.

Mərhum Ə.Çingizoğlu AzTV-nin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.

O, həmçinin regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxın zəhmət sərf edib.

Ə.Çingizoğlu Füzuli rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az