Samux sakinində narkotik aşkar olundu

17:54 - 11 İyul 2022

Samux sakinində narkotik aşkar olundu

Samux sakinində narkotik aşkar olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Azad Əsgərov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “marixuana” aşkar edilib.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az