Nazir Bakıda internat məktəbindəki toyda rəqs etdi - VİDEO

09:33 - 13 İyul 2022

Nazir Bakıda internat məktəbindəki toyda rəqs etdi - VİDEO

Ötən gün Bakıda sağlamlıq imkanları məhdud Elman Nuruzadə ilə Nazpəri Osmanovanın toyu olub.

 

Manset.az xəbər verir ki, cütlüyün şad günündə bir sıra tanınmış sənət nümayəndələri o cümlədən, təhsil naziri Emin Əmrullayev də iştirak edib.

Məclisə qatılan tanınmışlar arasında Xalq artisti Alim Qasımov, Əməkdar artist Ruhəngiz Allahverdiyeva, bloger və səyyah Azər Qəribov, aparıcılar Hacı Nuran Hüseynov və Günay Firudinqızı da yer alıblar.

Toyunda ən yadda qalan məqamı Təhsil naziri Emin bəyin şıdırğı rəqsi olub. 

Qeyd edək ki, Elman Telman oğlu Nuruzadə 1999-cu ildə anadan olub. O, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin sakinidir.

Nazpəri Osmanova isə 2000-ci ilə doğulub. O, Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli xüsusi internat məktəbinin sakinidir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az