"Qeyri-iş günləri 405 yanğın olub" - FHN

11:26 - 13 İyul 2022

\"Qeyri-iş günləri 405 yanğın olub\" - FHN

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 405 yanğına çıxış, 34 köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Nazirlikdən Manset.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 5-i azyaşlı olmaqla 40 nəfər, o cümlədən çimərkən batma təhlükəsi ilə üzləşən 10 nəfər və intihara cəhd edən 1 nəfər xilas edilib. Yanğınlar zamanı 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, bağlı qapı arxasında aşkar olunan 2 nəfərin və suda batan 5 nəfərin meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az