Uşaqlar arasında naməlum hepatit yayılır - ÖLDÜRÜCÜDÜR

20:07 - 13 İyul 2022

Uşaqlar arasında naməlum hepatit yayılır - ÖLDÜRÜCÜDÜR

Uşaqlar arasında naməlum mənşəli hepatit yayılır. 

Manşet.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, naməlum hepatitə mindən çox uşağın yoluxması qeydə alınıb. 
İyulun 8-nə olan məlumata görə, xəstəlik nəticəsində 22 uşaq dünyasını dəyişib. Xəstəliyin ilk aşkarlandığı, yəni aprelin 5-dən iyulun 8-dək 35 ölkədə 1010 mümkün hepatit xəstəsi olub. Xəstəliyin dəqiq mənşəyi isə məlum deyil. Bəzi hallarda xəstələrin də SARS-CoV-2 koronavirusuna yoluxduğu aşkarlanıb, lakin xəstəliklər arasında əlaqə hələ müəyyən edilməyib.

Xatırladaq ki, İyunun 26-da Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə komitəsi meymun xəstəliyinin yayılması ilə bağlı vəziyyəti qiymətləndirərək onu “fövqəladə vəziyyət” adlandırıblar.(lent.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az