Azərbaycanın nümayəndə heyəti Tehranda keçirilən beynəlxalq konfransda iştirak etdi

09:50 - 14 İyul 2022

Azərbaycanın nümayəndə heyəti Tehranda keçirilən beynəlxalq konfransda iştirak etdi

İranın paytaxtı Tehranda “Daha yaxşı gələcək üçün ətraf mühit sahəsində əməkdaşlıq” mövzusunda keçirilən regional nazirlər konfransında Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

 

Manset.az xəbər verir ki, konfransda region ölkələrinin ətraf mühit üzrə müvafiq qurumlarının rəhbərləri, eləcə də BMT-nin bir sıra təşkilatlarının yerli nümayəndəlikləri iştirak edib.

Azərbaycanın nümayəndə heyətinin rəhbəri R.Hacıyev çıxış edərək, ölkəmizdə ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması sahəsində milli və beynəlxalq səviyyədə aparılan işlər, bu sahədə regional əməkdaşlığın əhəmiyyəti, işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən ekoloji terrora məruz qalması və aparılan bərpa işləri, dağıdılmış şəhər və kəndlərimizin yenidən qurulması, ekoloji sabitliyin yaradılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az