Dəniz sahilində kişi ilə qadın meyiti tapıldı

13:19 - 17 Avqust 2022

Dəniz sahilində kişi ilə qadın meyiti tapıldı

Sumqayıtda dənizdən 2 meyit tapılıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb. Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb.

Meyiti tapılan şəxslərin 40-45 yaşlarında olduğu və hələlik kimliklərinin məlum olmadığı bildirilir. Onların ər-arvad olduğu ehtimal edilir.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az